Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Kilian Mbappenin yenidən topuğundan zədə aldığını açıqlayıb.
İdman.Biz bildirir ki, hadisə, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyunda (3:0) baş verib.
“Real Madrid”in futbolçusu 83-cü dəqiqədə əvəzlənib.
“Bu, əvvəllər zədələndiyi ayağıdır. O, istirahət etdikcə ağrıları azalır. Matç zamanı rəqiblərlə təmas qaçılmazdır. Vəziyyəti qiymətləndirəcəyik. Mbappe diskomfort yaşayır, bu yaxşı deyil”, - Deşam bildirib.
Qeyd edək ki, daha əvvəl Mbappenin topuğunun əzilməsinin təkrarlanması səbəbindən Azərbaycanla oyun öncəsi Fransa millisinin heyətində məşq etmədiyi bildirilirdi.