Rabio: “Azərbaycanla oyunda dözməli olduq”

Xəbərlər
11 Oktyabr 2025 01:59
40
Rabio: “Azərbaycanla oyunda dözməli olduq”

“Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio Parisdə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan üzərində 3:0 hesablı qələbədən sonra oyunla bağlı təəssüratlarını bölüşüb.

İdman.Biz-in məlumatına görə, futbolçu Azərbaycanın sıx müdafiəsinə görə oyunun çətin olduduğunu etiraf edib.

“5-4-1 sxemində oynayan komandalara qarşı həmişə çətin olur. Bir az monoton idik, onları çox qaçmağa məcbur edirdik. Bu cür oyunlarda səbrli olmaq vacibdir. Bilirdik ki, qol vurmaq fürsəti tapacağıq. Məsələni həll etdik – üç xalımız var. İkinci qol çox vacib idi, o, komandaya inam verdi. Mən qələbə qazandığımıza sevinirəm. İslandiyaya qalib gəlsək, dünya çempionatında yerimizi praktiki olaraq təmin edcəcəyik”, - Rabio bildirib.

Fransa yığmasının heyətində Rabio ilə yanaşı Kilian Mbappe və Florian Toven də fərqlənib. Bu qol Mbappe üçün milli komandada 53-cü olub. Hazırda o, Olivier Jirunun rekordundan 4 qol geridədir.

Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Ukrayna ilə qarşılaşacaq.

İdman.Biz