Bu gün Parisdəki “Park de Prens” stadionunda Fransa və Azərbaycan milliləri qarşılaşacaqlar.
İdman.Biz bildirir ki, DÇ-2026-nın seçmə oyunu Bakı vaxtı ilə 22.45-də başlayacaq.
Fransız jurnalistləri bu oyunun nəticəsini proqnozlaşdırmaq üçün süni intellektə - “ChatGPT”yə müraciət ediblər. Bu barədə “90min.com” xəbər verir.
“ChatGPT” oyunda Fransanın inamlı qələbəsini proqnozlaşdırıb. Süni intellektə görə, Didye Deşamın komandası Kilian Mbappenin dublu və Kinqsli Komanla Maykl Olisenin qolları sayəsində 4:0 hesablı qələbə qazanmalıdır.
“ChatGPT” həmçinin “Kristal Pelas”ın hücumçusu Jan-Filipp Matetanın Fransa millisində debütünü də proqnozlaşdırmağa çalışıb. Süni intellektə görə, Mateta meydana çıxsa, oyunun sonlarında qol vura bilər.