“Amorimin MY-dən getməsi an məsələsidir, ona həddindən çox vaxt veriblər” - Skoulz

Xəbərlər
9 Oktyabr 2025 05:45
27
“Amorimin MY-dən getməsi an məsələsidir, ona həddindən çox vaxt veriblər” - Skoulz

İngiltərə millisinin keçmiş üzvü Pol Skoulz Ruben Amorimin “Mançester Yunayted”dən ayrılmasının an məsələsi olduğunu deyib.

İdman.biz-in məlumatına görə, “qırmızı şeytanlar” 7 oyundan sonra 10 xalla Premyer Liqa cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

“Məncə, Ruben Amorimlə bağlı vəziyyət o həddə çatıb ki, biz artıq daim məşqçiləri işdən çıxarmaq barədə danışmaq istəmirik. “Mançester Yunayted” əslində onlara kifayət qədər vaxt verir.

O, azarkeşlər tərəfindən heç vaxt fitə basılmayacaq və yalnız “Brentford”la matçdan (1-3) sonra mən “yəqin ki, ona həddindən artıq vaxt verirlər” deyə düşündüm. Mənə elə gəlir ki, indi hər şeyin bitməsi an məsələsidir”, - “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi deyib.

İdman.biz