Baş məşqçi qarşıdakı matçlarda Messinin sağlamlığını riskə atmaqdan imtina edib

Xəbərlər
9 Oktyabr 2025 03:41
27
Baş məşqçi qarşıdakı matçlarda Messinin sağlamlığını riskə atmaqdan imtina edib

Argentina millisinin baş məşqçisi Lionel Skaloni bildirib ki, komandanın kapitanı Lionel Messi qarşıdakı milli komanda matçları üçün vaxtında tam sağalmayınca meydana çıxmayacaq.

İdman.biz-in “ESPN”ə istinadən verdiyi məlumata görə, məşqçi hətta yoldaşlıq görüşlərində futbolçuların sağlamlığının nəticədən daha vacib olduğunu vurğulayıb.

“Oyunçuların vəziyyətinə görə qərar verəcəyik. Messi də daxil olmaqla, kiminsə ən kiçik problemi varsa, risk etməyəcəyik”, - Skaloni deyib.

Argentina millisi iki yoldaşlıq oyunu keçirəcək: oktyabrın 11-də Mayamidə Venesuela ilə və oktyabrın 13-də Çikaqoda Puerto Riko ilə.

İdman.biz