“Nottingem Forest”in ikinci qapıçısı Con Viktor ilk dəfə Braziliya millisinə çağırıldığını necə öyrəndiyini açıqlayıb.
İdman.biz-in “ESPN”ə istinadən verdiyi məlumata görə, 25 yaşlı qolkiper o qədər təəccüblənib ki, əvvəlcə bunun fırıldaq olduğunu düşünüb.
“Oyuna gedirdim və mesaj aldım. Pasportumu istədiklərini gördüm və düşündüm ki, bu fırıldaqdır. Yalnız sonra başa düşdüm ki, bu, milli komandaya çağırışdır. Mən şoka düşdüm, amma inanılmaz dərəcədə xoşbəxtəm”, - Viktor deyib.
Qapıçı zədəli Ederson Moraesin yerinə yığmaya çağırılıb. Karlo Ançelottinin yetirmələri Cənubi Koreya (10 oktyabr) və Yaponiya (14 oktyabr) ilə yoldaşlıq oyunları keçirəcək.