“Netflix” Çempionlar Liqasının oyunlarını yayımlamaq istəyir

Xəbərlər
9 Oktyabr 2025 02:04
29
“Netflix” Çempionlar Liqasının oyunlarını yayımlamaq istəyir

UEFA Çempionlar Liqası da daxil olmaqla, klub yarışlarında matçların yayım hüquqlarının satışından təxminən 5 milyard avro gəlir əldə etməyi gözləyir.

İdman.biz-in The Times-a istinadən verdiyi məlumata görə, striminq platforması “Netflix” tender prosesində iştirak etməkdə maraqlı olduğunu bildirib. Şirkət hər oyun günü Çempionlar Liqasının bir oyununun yayımlanması hüququ üçün təklif təqdim etməyə hazırlaşır.

Mənbənin sözlərinə görə, yayım qaydalarına ediləcək dəyişikliklər şirkətlərə eyni vaxtda bir neçə ölkədə hüquqlar üçün iddia etməyə imkan verəcək, bu isə ənənəvi televiziya kanalları və onlayn xidmətlər arasında ciddi rəqabət yaradacaq.

“Netflix”in futbol bazarına daxil olması idman kontentinin rəqəmsal müstəvidə yayımlanmasının inkişafında mühüm addım ola bilər. Bu, UEFA və qlobal yayım platformaları arasında əməkdaşlığın yeni dövrünün başlanğıcını qoya bilər.

İdman.biz