Xavinin fikrincə, bu iki yığmadan biri DÇ-2026-nın qalibi olacaq

Xəbərlər
6 Oktyabr 2025 23:45
36
Xavinin fikrincə, bu iki yığmadan biri DÇ-2026-nın qalibi olacaq

İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xavi İspaniya millisinin Şimali Amerikada keçiriləcək dünya çempionatında qalibliyə potensial namizəd olması ilə bağlı sualı cavablandırıb.

İdman.biz-in məlumatına görə, o, İspaniyanı favorit kimi görür.

“Onlar artıq rəqabətə qadir olduqlarını və necə mübarizə apara bildiklərini sübut ediblər. Onlar Avropa çempionudurlar. Mənim fikrimcə, İspaniya yığması Argentina ilə birlikdə qalib gəlməyə əsas namizədlərdir”, - Xavi deyib.

Argentina yığması son dünya çempionatının qalibidir. 2022-ci ildə finalda Argentina millisi Fransa ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb, lakin penaltilər seriyasında Argentina üstün olub (4:2).

İdman.biz