Almaniya Bundesliqasının altıncı turunda səfərdə “Hoffenhaym”la qarşılaşan “Köln” 1:0 hesabı ilə qalib gəlib.
İdman.biz xəbər verir ki, matçın yeganə qolunu 16-cı dəqiqədə Səid Əl-Mala vurub.
Qələbə “Köln”ə altı oyundan sonra 10 xalla turnir cədvəlində dördüncü pilləyə yüksəlməyə imkan verib.
“Hoffenhaym” yeddi xalla onuncu yerdədir. Beş oyundan sonra 15 xalla turnir cədvəlinə “Bavariya” başçılıq edir.