Aktürkoğlunun qolları “Fənərbaxça”ya UEFA Avropa Liqasında ilk qələbəni gətirib - VİDEO

Xəbərlər
2 Oktyabr 2025 22:41
38
Aktürkoğlunun qolları “Fənərbaxça”ya UEFA Avropa Liqasında ilk qələbəni gətirib - VİDEO

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində II turun oyunları keçirilir.

İdman.biz xəbər verir ki, “Fənərbaxça” doğma meydanda Fransanın “Nitsa” klubu ilə üz-üzə gəlib.

Görüşdə hesabı Kərəm Aktürkoğlu 3-cü dəqiqədə açıb. 25-ci dəqiqədə Aktürkoğlu özünün və komandasının ikinci qolunu vurub. 37-ci dəqiqədə Kevin Karlos Omoruyi penaltidən hesab arasındakı fərqi azaldıb - 2:1.

Bu oyunda sentyabr ayında kluba transfer olmuş Aktürkoğlu “Fənərbaxça”da ilk qollarını vurub.

Xatırladaq ki, Avropa Liqasının əsas mərhələsində I turunda İstanbul təmsilçisi səfərdə Zaqreb “Dinamo”suna 1:3 hesabı ilə məğlub olmuşdu.

İdman.biz