UEFA Çempionlar Liqasının II turunun nəticələrinə uyğun olaraq həftənin komandası formalaşdırılıb.
İdman.biz bildirir ki, komandanın heyətinə "Qalatasaray"ın qapıçısı Uğurcan Çakır da daxil edilib.
Ötən həftə “Qarabağ”ın oyunçusu Pedro Bikalyo da simvolik heyətə düşmüşdü.
Budəfəki komandanın heyəti belədir:
Qapıçi: Uğurcan Çakır (“Qalatasaray”)
Müdafiəçilər: Nuno Mendeş (PSJ), Erik Dyer (“Monako”), Federico Qatti (“Yuventus”), Denzel Dumfris (“İnter”)
Yarımmüdafiəçilər: Yens Petter Hauge (“Budö-Qlimt”), Marcel Sabitker (“Borussiya Dortmund”), Martin Odeqard (“Arsenal”), Nikolas Pepe (“Vilyarreal”)
Hücumçular: Rasmus Hoylund (“Napoli”), Kilian Mbappe (“Real Madrid”)