“Bayer” “Eyndhoven”in müqavimətini qıra bilməyib - VİDEO

Xəbərlər
2 Oktyabr 2025 01:58
27
“Bayer” “Eyndhoven”in müqavimətini qıra bilməyib - VİDEO

Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ikinci turunda Almaniyanın “Bayer” klubu “PSV Eyndhoven”i qəbul edib.

İdman.biz xəbər verir ki, Leverkuzendəki “BayArena”da keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Beşinci dəqiqədə PSV-nin yarımmüdafiəçisi İvan Perişiç hesabı açsa da, VAR yoxlamasından sonra qol sayılmayıb. 65-ci dəqiqədə hücumçu Kristian Kofane “Bayer”i önə keçirib. 72-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi İsmael Saybari hesabı 1:1 edib.

Alman klubu növbəti turda PSJ ilə qarşılaşacaq. Niderland klubu isə “Napoli” ilə oynayacaq. Hər iki qarşılaşma oktyabrın 21-də baş tutacaq.

Cari Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Yarışın həlledici qarşılaşması 2026-cı il mayın 30-da baş tutacaq.

İdman.biz