UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün 2-ci turunda “Arsenal” “Olimpiakos”u qəbul edib.
Qarşılaşma 2:0 hesabı ilə londonluların qələbəsi ilə yekunləşıb.
12-ci dəqiqədə Qabriel Martinelli hesabı açıb. 90+2-ci dəqiqədə Bukayo Saka hesab arasındakı fərqi ikiyə çatdırıb.
Bu oyundan sonra “Arsenal” altı xal toplayıb, “Olimpiakos” isə bir xalı var.
Növbəti turda “Arsenal” oktyabrın 21-də “Atletiko Madrid”i qəbul edəcək, “Olimpiakos” isə həmin gün səfərdə “Barselona” ilə qarşılaşacaq.