“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann klub tarixində 200 qol vuran ilk futbolçu olub.
İdman.biz bildirir ki, bu əlamətdar hadisə Çempionlar Liqasının 2-ci turunun “Ayntraxt Frankfurt”la oyununda (5:1) baş verib.
Fransalı forvard 45-ci dəqiqədə 200-cü qolunu vurub. Qrizmann Madrid klubunun bütün zamanların ən yaxşı bombardiridir.
“Atletiko Madrid”in aktiv oyunçuları arasında ikinci ən çox qol vuran futbolçusu 88 qolla Meksikanın “Tiqres” klubunda çıxış edən cinah hücumçusu Anhel Korreadır. Hazırkı Madrid futbolçuları arasında yarımmüdafiəçi Koke 48 qolla üçüncüdür.