“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”dən aldıqları məğlubiyyəti şərh edib.
İdman.biz bildirir ki, Portuqaliya komandası Çempionlar Liqasının ikinci turunda da məğlub olub - 0:1.
“Aralarında iki günlük fasilə olmaqla 4 oyun keçirdik. Məşq etmədik, sadəcə, fasilələrdə özümüzə gəlirdik. Mənim güclü tərəflərimdən biri meydançada çox çalışmaq, məşq etməkdir. Buna vaxtımız yox idi.
Mövsümün ortasında komanda məşqçiləri dəyişəndə, bu, işlərin yaxşı getmədiyi üçün baş verir. Ona görə də bəzi çətinliklərimiz var.
Bugünkü oyuna gəlincə, məğlubiyyət həmişə məğlubiyyətdir, lakin məğlubiyyətlər müxtəlif formalarda olur. Bu, oyunçular üçün yaxşı başlanğıc nöqtəsi ola biləcək məğlubiyyətlərdən biri idi. Biz heç-heçə də əldə edə bilərdik”, - Mourinyo bildirib.