İspaniya Primerasının VII turunun “Valensiya” – “Ovyedo” matçı başa çatıb.
İdman.biz xəbər verir ki, oyun Valensiyadakı “Mestalla” stadionunda baş tutub. Qarşılaşma 2:1 hesabı ilə qonaqların xeyrinə bitib.
Dördüncü dəqiqədə “Valensiya”nın hücumçusu Arno Danjuma Luis Rioxanın ötürməsindən fərqlənib. 85-ci dəqiqədə “Ovyedo”nun hücumçusu Luka İliç hesabı bərabərləşdirib. Bir dəqiqə sonra hücumçu Xose Salomon Rondon qonaqlara qələbə qazandıran qolu vurub.
Yeddi turdan sonra “Valensiya”nın 8 xalı var və 12-ci yerdədir. “Ovyedo”nun 6 xalı var və 14-cü yerdədir.