Tibo Kurtua Çempionlar Liqası matçında məhsuldar ötürmə edən ikinci “Real Madrid” qapıçısı olub.
Bu barədə İdman.biz "Opta Sports”a istinadən məlumat verir.
Çempionlar Liqasının ikinci turunun “Kairat”la oyununda Kilian Mbappe Kurtuanın ötürməsindən sonra ikinci qolu vurub. Çempionlar Liqasında assist edən ilk “Real Madrid” qapıçısı Santyaqo Kanisares olub. O, məhsuldar ötürməni 1997-ci ildə “Olimpiakos”la oyunda edib.
Çempionlar Liqasının ilk turunda “Real Madrid” “Marsel”i 2:1 hesabı ilə məğlub edib, “Kairat” isə “Sportinq”ə uduzub (1:4). Yarışın növbəti turunda “Real Madrid” “Yuventus”la (22 oktyabr), Qazaxıstan komandası isə “Pafos”la (21 oktyabr) qarşılaşacaq.
Cari Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Turnirin həlledici qarşılaşması 2026-cı il mayın 30-da baş tutacaq.