“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında 60-cı qolunu vurub.
İdman.biz bildirir ki, bu, Çempionlar Liqasının ikinci turunun “Kayrat”la oyununda baş verib.
Hücumçu 25-ci dəqiqədə penaltidən hesabı açıb. Daha sonra 52 və 73-cü dəqiqələrdə daha iki top vurub.
Fransalı futbolçu “Bavariya”nın keçmiş yarımmüdafiəçisi Tomas Mülleri (57) geridə qoyub və yarışın bütün zamanların qollar siyahısında altıncı yerə yüksəlib.
Mbappe hazırda 142 matçda 71 qol vuran “Real Madrid”in keçmiş hücumçusu Rauldan bir qədər geridədir. Mbappe 89 oyunda 60 qol vurub.
Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 180 milyon avrodur.