“Vulverhempton” “Tottenhem”lə oyunda ilk xalını qazanıb - VİDEO

Xəbərlər
28 Sentyabr 2025 01:32
26
“Vulverhempton” “Tottenhem”lə oyunda ilk xalını qazanıb - VİDEO

İngiltərə Premyer Liqasının 6-cı turunda “Tottenhem” autsayder “Vulverhempton”la qarşılaşıb.

İdman.biz bildirir ki, oyun Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutub.

54-cü dəqiqədə Santyaqo Bueno qonaqları hesabda önə keçirib. 90+4-cü dəqiqədə Joao Palinya bərabərlik qolunu vurub – 1:1.

Nəticədə qonaqlar çempionatda ilk xallarını qazanıblar. Bu oyundan sonra “Tottenhem Hotspur” 11 xalla İngiltərə çempionatının üçüncü pilləsində qərarlaşıb. “Vulverhempton” 1 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.

Növbəti turda “Tottenhem” oktyabrın 4-də səfərdə “Lids Yunayted”lə, “Vulverhempton” isə oktyabrın 5-də “Brayton”u qəbul edəcək.

İdman.biz