“Liverpul”un baş məşqçisi: “Çıxarılacaq nəticə çoxdur”

Xəbərlər
27 Sentyabr 2025 21:58
36
“Liverpul”un baş məşqçisi: “Çıxarılacaq nəticə çoxdur”

“Liverpul”un baş məşqçisi Arne Slot “Kristal Pelas”a məğlubiyyəti şərh edib.

İdman.biz bildirir ki, "qırmızılar" Premyer Liqanın 6-cı turunun matçında 2:1 hesabı ilə məğlub olub.

“Rəqib ilk hissədə həqiqətən yaxşı oynadı. Birinci hissədə problemlərimiz çox idi. İkinci hissədə isə əksinə oldu. Amma heç nəyi reallaşdıra bilmədik. Biz öz oyunlarımızdan nəticə çıxarırıq. Bu oyundan isə çıxarılacaq nəticə çoxdur”, - Slot deyib.

Baş məşqçi standart vəziyyətlərlə bağlı problemlərinin olduğunu da vurğulayıb.

İdman.biz

Məqalədə: