İspaniya çempionatında yeddinci turun mərkəzi oyunu keçirilib.
İdman.biz bildirir ki, “Atletiko” və “Real” Madrid derbisində qarşılaşıblar.
Bu komandalar arasında 241-ci derbi olub.
Oyunun 14-cü dəqiqəsində hesabı “Atletiko”dan Le Norman açıb.
25-ci dəqiqədə Kilian Mbappe Arda Gülərin ötürməsiylə hesabda tarazlığı bərpa edib – 1:1.
36-cı dəqiqədə isə Gülərin özü Vinisiusun ötürməsindən sonra komandasını irəli çıxarıb – 1:2.
Lakin birinci hissə bu hesabla bitməyib. Artırılmış üçüncü dəqiqədə Serlot hesabı bərabərləşdirib – 2:2.
İkinci hissənin 51-ci dəqiqəsində Alvares penaltidən “Atletiko”nu irəli çıxaran qola imza atıb – 3:2.
63-cü dəqiqədə Alvares oyunda özünün ikinci topunu vurub – 4:2.
90+3-cü dəqiqədə Antuan Qrizmann beşinci topu çempionatın liderinin qapısından keçirib - 5:2. Oyun bu hesabla da başa çatıb.
Beləliklə Kral klubu bu mövsüm ilk dəfə məğlubiyyətə uğrayıb. Klubun 7 turdan sonra 18 xalı var.
Bu nəticə Madrid derbisində “Atletiko” 60-cı qələbəsidir, “Real” 123 dəfə qalib gəlib, qalan qarşılaşmalar isə heç-heçə ilə bitib.