Arda Gülerin paylaşımına Tibo Kurtuadan “abi” atmacalı cavab - FOTO

Xəbərlər
2 Yanvar 2026 17:00
41
Arda Gülerin paylaşımına Tibo Kurtuadan “abi” atmacalı cavab - FOTO

İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Arda Güler paylaşımı gündəm olub.

İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi “Instagram” hesabından “Mançester Siti” ilə oyun zamanı komanda yoldaşı Tibo Kurtua və “şəhərlilər”in hücumçusu Erliq Holand arasında qaldığı şəkli “hahaha” şərhi ilə paylaşıb.

Onun paylaşımından sonra “Real”ın qapıçısı, “Abi, bağışla, mən səni görmürəm”, - deyə şərh yazıb.

Ardanın bu paylaşımı və Kirtuanın “abi” xitabı türk azarkeşlər arasında böyük marağa səbəb olub.

İdman.Biz
Məqalədə: