“Mançester Siti” Mareskanı ehtiyat variant kimi nəzərdən keçirir

Xəbərlər
2 Yanvar 2026 15:55
33
“Mançester Siti” Mareskanı ehtiyat variant kimi nəzərdən keçirir

İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi baş məşqçi postu ilə bağlı mümkün dəyişikliklər üçün variantları nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Enzo Mareska mövsümün sonunda Pep Qvardiola klubu tərk edərsə, “Mançester Siti”nin siyahısında yer alan namizədlərdən biridir.

Mənbəyə görə, Pep Qvardiola gələcəyi ilə bağlı hələ qərar verməyib və onun klubda qalacağı, yoxsa mövsümün sonunda ayrılacağı hələ bəlli deyil.

İdman.Biz