Mərakeş hökuməti CAF prezidentinə şəxsi təyyarə ayırdı

Xəbərlər
2 Yanvar 2026 16:08
40
Mərakeş hökuməti CAF prezidentinə şəxsi təyyarə ayırdı

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe üçün xüsusi nəqliyyat ayrılıb.

İdman.Biz xəbər verir ki, Mərakeş hökuməti bir gündə bir neçə Afrika Millətlər Kuboku matçında iştirak etməli olan Patris Motsepe üçün şəxsi təyyarə təqdim edib.

Bildirilir ki, turnirin gərgin qrafiki səbəbindən Motsepe müxtəlif şəhərlərdə keçirilən oyunlara çatmaqda çətinlik çəkirdi və hökumətin bu addımı onun hərəkətini asanlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, Afrika Millətlər Kuboku Mərakeşin müxtəlif şəhərlərində keçirilir və CAF prezidenti gündə bir neçə qarşılaşmada iştirak edir.

İdman.Biz