Amerika Birləşmiş Ştatlarının millisinin yarımmüdafiəçisi Kristian Pulişiç 2026-cı il Dünya çempionatında Avstraliyaya qarşı D qrupunun ikinci turunda komandasında oynaya bilməyəcək.
İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano məlumat verib.
Qeyd olunur ki, oyunçu baldırından zədə alıb. Xatırladaq ki, ilk turda Paraqvaya qarşı oyunda (4:1) oyunçu narahatlıq keçirib və sonadək oynaya bilməyib.
