Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:36
75
Holand atasından 32 sonra dünya çempionatında debüt edib

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Holand 2026-cı il dünya çempionatında debüt edib.

İdman.Biz bildirir ki, o, qrup mərhələsinin ilk oyununda İraqa qarşı start heyətində meydana çıxıb.

Erlinqin atası Alf-İnge Holand 1994-cü il dünya çempionatında Meksika və İtaliyaya qarşı oynayıb.

25 yaşlı Holand 2019-cu ildən bəri Norveç millisində oynayır. Bu müddət ərzində o, 52 oyun keçirib və 56 qol vurub. O, Norveç millisinin bütün zamanların ən çox qol vuran oyunçusudur.

İdman.Biz