Yığmamız Bakıya qayıdıb - FOTO

Xəbərlər
4 Dekabr 2023 10:47
295
Yığmamız Bakıya qayıdıb - FOTO

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında komandanı AFFA-nın nümayəndələri və yaxınları qarşılayıblar.

Qadın futbolçularımız UEFA Millətlər Liqasının V turunda Limassolda Kiprin qonağı olub və 1:0 hesablı qələbə sayəsində qrupda 1-ci yeri təmin ediblər. Yığmamızın heyətində Diana Məmmədova fərqlənib. Bu uğur nəticəsində təmsilçimiz B divizionuna yüksəlmək vəzifəsinin öhdəsindən gəlib.

Qeyd edək ki, futbolçularımız qrup mərhələsinin son görüşündə Bakıda Farer adalarını sınağa çəkəcəklər.

İdman.biz