Konfrans Liqası: "Çelsi" və "Betis" finalda qarşılaşacaq - YENİLƏNİB - VİDEO

Xəbərlər
9 May 2025 01:42
323
Konfrans Liqası: "Çelsi" və "Betis"  finalda qarşılaşacaq - YENİLƏNİB - VİDEO

Bu gecə UEFA Konfrans Liqasında finalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, "Çelsi" evdə İsveçin "Yurqorden" komandasını qəbul edib.

London klubu rəqib meydanında keçirilən ilk oyunda 4:1 hesabı ilə qalib gəldiyindən, finala çıxacağı şübhə doğurmurdu. "Zadəganlar" İsveçdə cəmi 1 qolla qələbə qazanıblar.

Digər yarımfinalda isə "Fiorentina" və "Betis" İtaliyada üz-üzə gəliblər. Cavab oyununda 1 həftə əvvəl olduğu kimi 2:1 hesabı qeydə alınıb. Nəticədə qalib əlavə vaxtda müəyyənləşib. "Betis" həlledici topu rəqib qapısından keçirərək finalda oynamaq imkanı əldə edib.

Rəqiblərin İspaniyada keçirilən ilk qarşılaşmasında 2:1 hesablı qələbə qazanan Sevilya klubu bu üstünlüyünü qorumağa çalışacaq.

UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
8 may
23:00. "Çelsi" - "Yurqorden" - 1:0

Qol: Deusberi-Hall, 38
İlk oyun - 4:1

23:00. "Fiorentina" - "Betis" - 2:1, ə.v. 0:1
Qollar: Qosens, 34; 42 - Antoni, 30. Ezzalzuli, 98
İlk oyun - 1:2

Qeyd edək ki, UEFA Konfrans Liqasının finalı mayın 28-də Polşanın Vrotslav şəhərindəki "Wroclaw Stadium"da keçiriləcək.

İdman.biz