Rusiya klubundan Azərbaycan millisinin futbolçusuna YENİ TƏKLİF

Xəbərlər
8 May 2025 17:12
50
Rusiya klubundan Azərbaycan millisinin futbolçusuna YENİ TƏKLİF

Rusiyanın qadın futbolçulardan ibarət “Zenit” klubu Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.

İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a 23 yaşlı müdafiəçinin özü məlumat verib.

O, Santk-Peterburq təmsilçisindən yeni sözləşmə təklifi aldığını, lakin bu barədə qərar verməyə tələsmədiyini söyləyib. Yığma üzvü daha sərfəli təkliflər olacağı halda, dəyərləndirə biləcəyini deyib.

Qeyd edək ki, Nigar Mirzəliyevanın “Zenit”lə hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayında başa çatacaq.

İdman.biz