"Changchun Xidu" rəqib komandanın paltardəyişmə otağında lənət və qarğışlar yazıları yerləşdirdiyinə görə Çin Peşəkar Futbol Liqası tərəfindən cərimələnib.
İdman.biz xəbər verir ki, cərimənin məbləğinin təxminən 4100 ABŞ dolları təşkil etdiyi bildirilir.
Kluba eyni zamanda ciddi töhmət də elan olunub.
Liqadan bildirilib ki, “Shanxi Ronghai” komandasının paltardəyişmə otağında feodal dövrünə aid bir sıra xurafat əşyaları aşkarlanıb. "Changchun Xidu" həmin oyunda 2:0 hesabı ilə qalib gəlib.
17 turdan sonra 33 xal toplayan və liderdən cəmi bir xal geri qalan "Changchun Xidu" II liqanın şimal qrupunda 2-ci yeri tutur.
İdman.biz