"Liverpul"un və Portuqaliya milli komandasının hücumçusu Dioqo Jota və futbolçu qardaşı Andre Silvanın bu gün səhər saatlarında avtomobil qəzasında həlak olmalarının ilkin təfərrüatları bəlli olub.
İdman.biz xəbər verir ki, istintaq orqanlarının ilkin açıqlamalarına əsasən, “bir nəqliyyat vasitəsi yoldan çıxıb və ilkin ehtimallara görə, ötmə zamanı təkərin partlaması baş verib".
İspaniya polisinin məlumatında deyilir: "Qəza nəticəsində avtomobil yanıb və içərisində olan iki nəfər həyatını itirib”.
Qeyd edək ki, hadisə İspaniyada A-52 avtomagistralının 65-ci kilometrliyində, Zamora vilayətinin Cernadilla bələdiyyəsi ərazisində baş verib. Futbolçuların olduğu “Lamborghini” markalı avtomobil yüksək sürətlə hərəkət edibmiş.
İdman.biz