Siyasət Əsgərov: “Tarixi bir gün idi”

Xəbərlər
2 Dekabr 2023 00:08
645
Siyasət Əsgərov: “Tarixi bir gün idi”

“Qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri, hamını təbrik edirəm”.

İdman.biz xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Millətlər Liqasının V turunda Kiprə 1:0 hesabı ilə qalib gələn millimizin çalışdırıcısı vacib qələbə qazandıqlarını bildirib: “Tarixi bir gün idi. Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, hətta penaltidən yararlana bilmədik. Bununla belə, vacib qələbə qazanmağı bacardıq. Qrupun son oyununda, dekabrın 5-də, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq. Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar”.

Qeyd edək ki, qrupda 1-ci pillədə yer alan Azərbaycan yığması B divizionunda çıxış etmək hüququ qazanıb.

İdman.biz