Siyasət Əsgərov: “Oyun planına əsasən ilk hissədə fərqlənməli idik”

Xəbərlər
31 Oktyabr 2023 19:31
310
Siyasət Əsgərov: “Oyun planına əsasən ilk hissədə fərqlənməli idik”

“Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi. Həm qrup lideri olacaqdıq, həm də əsas rəqibimizdən bir qədər də uzaqlaşacaqdıq”.

İdman.biz xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Millətlər Liqası çərçivəsində Monteneqroya 3:0 hesabı ilə qalib gələn komandamızın çalışdırıcısı rəqibin heyətində ucaboy futbolçuların olmasının çətinlik yaratdığınıqeyd edib. Əsgərov qələbəyə layiq olduqlarını bildirib: “İkinci hissənin əvvəlində oyunumuzda bir qədər eniş oldu. Rəqib əsasən uzun ötürmələrlə çıxmaq istəyirdi. Bunun da əsas səbəbi ucaboy futbolçularının olması idi. Biz isə oyunun tempinə istədiyimiz şəkildə nəzarət edə bildik. Bu zaman rəqibin oyununda eniş oldu. Əslində oyun planına əsasən ilk hissədə fərqlənməli idik. Təəssüf ki, yaratdığımız imkanları dəyərləndirə bilmədik. İkinci hissədə isə istədiyimiz qolları vurub layiqli qələbə qazandıq”.

İdman.biz