Avstriyada faciə: Fiqurlu konkisürmə üzrə İtaliya çempionu həlak olub

Xəbərlər
16 Sentyabr 2025 00:25
43
Avstriyada faciə: Fiqurlu konkisürmə üzrə İtaliya çempionu həlak olub

Fiqurlu konkisürmə üzrə İtaliya çempionu Culiya Mari Qeyzer 23 yaşında faciəvi şəkildə vəfat edib.

İdman.biz xəbər verir ki, idmançı velosipedini müəyyən edilmiş zolaqda sürərkən yol ayrıcında dönən yük maşını onu vurub.

Xilasedicilər dərhal hadisə yerinə gəlsələr də, idmançını xilas edə bilməyiblər. O, hadisə yerində ölüb. Yük maşınının sürücüsü, 46 yaşlı kişi alkoqol testi verib və nəticə mənfi olub.

Qeyzer Bressanonedə (Cənubi Tirol, İtaliya) anadan olub, lakin son illərdə Avstriyada yaşayıb və Zalsburqda məşq edib. Faciənin hansı şəraitdə baş verdiyini Avstriya rəsmiləri araşdırır.

İdman.biz