SSRİ-nin əməkdar məşqçisi Tatyana Tarasova rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan millisinə keçidi ilə bağlı yaranmış vəziyyəti şərh edib.
İdman.biz xəbər verir ki, o, gənc idmançının Rusiya yığmasının lideri olmaq şanslarından danışıb.
"Jilina komandamızın lideri olmağa qadirdirmi? Bunun üçün mübarizə aparacaq bir neçə idmançımız var ki, Veronika da onlardan biridir. Hər halda, Jilina bu il bizimlə qalacaq. O, çıxış etdikdən sonra nəticələrə uyğun qərar veriləcək", deyə - Tarasova çıxışında deyib.
O, Jilinanın ölkənin ən güclü fiqurlu konkisürənlərindən biri olduğunu və komandada yer almaq üçün mübarizə apardığını bildirib. Tarasova fiqurlu konkisürənin Azərbaycan yığmasında çıxış etmək şanslarını dəyərləndirib: "Jilina 100 faiz Azərbaycan yığmasında çıxış etmək istəyirsə, daha bir il gözləməli olacaq".
Qeyd edək ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası Veronika Jilinanın Azərbaycan yığmasın çıxış etmək arzusuna qarşı çıxıb. Qurumun prezidenti Anton Sixarulidze idmançının uzun illər Rusiya komandasının lideri ola biləcəyini vurğulayıb.
İdman.biz