Xizəksürmə üzrə 4 qat Olimpiya çempionu Tereza Yohauq Qış 2026-cı ildə keçiriləcək Qış Olimpiadasında çıxış etməyəcək.
İdman.biz xəbər verir ki, norveçli idmançı özü bu barədə açıqlama verib.
2022-ci ildə karyerasını başa vuran Tereza bu il doğma Troheymdə keçirilən dünya çempionatında çıxış etmək üçün 2024-cü ildə yenidən yarışlara start verib. O, çempionatı 3 gümüş və 1 bürünc medalla başa vurub. 36 yaşlı xizəksürən öz sosial hesabında kareyerasını bitirdiyini açıqlayıb.
Qeyd edək ki, Qış Olimpiya və Paraimpiya Oyunları gələn il fevralın 6-22-də Milan və Kortina-d Ampetsoda (İtaliya) təşkil olunacaq.
İdman.biz