Azərbaycan fiqurlu konkisürəni İtaliyada 2-ci olub

Xəbərlər
26 Fevral 2024 09:42
Azərbaycan fiqurlu konkisürəni İtaliyada 2-ci olub

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev İtaliyada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.

İdman.biz xəbər verir ki, təmsilçimiz Merano şəhərində təşkil olunan Martin Barriçellinin xatirəsinə həsr edilən yarışda uğurla çıxış edib.

O, iki proqramın cəmində 228,57 xal toplayıb. Vladimir qısa proqramda 3-cü, sərbəst çıxışda 2-ci yeri tutub. İdmançımız yarışın qalibi olan italiyalı Nikolay Memoladan 27,67 xal geri qalıb.

Qeyd edək ki, kişilərin yarışında 10 idmançı çıxışını başa vurub.

İdman.biz

Məqalədə: