Snoubord üzrə beynəlxalq turnir keçirilib - FOTO

Xəbərlər
18 Fevral 2024 15:19
Snoubord üzrə beynəlxalq turnir keçirilib - FOTO

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, turnir həvəskar snoubordçular arasında təşkil edilib.

Yarışda uşaqlar və böyüklər mübarizə aparıblar. 5 müxtəlif yaş kateqoriyası üzrə 50-ə yaxın həvəskar snoubordçu qələbə uğrunda yarışıb.

Kubokun keçirilməsinin əsas məqsədi ölkədə snoubordu təbliğ etmək və insanlar arasında bu idman növünə marağı artırmaqdır.

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub.

Qeyd edək ki, Heydər Əliyev Kuboku fevralın 27-də uşaqlar arasında xizək yarışı üzrə davam edəcək.

9-12 yaşlı qızlar arasında:
I yer - Leah McKennel (Almaniya)

9-12 yaşlı oğlanlar arasında:
I yer - Kamal Bəşirli (Azərbaycan)
II yer - Rüstəm rüstəmli (Azərbaycan)

13-17 yaşlı oğlanlar arasında:
I yer - Osimi Van meir Joah ( Belçika)
II yer - Teoman Taysi (Türkiyə)

18-25 yaşlı qadınlar arasında:
I yer - Günay Cavanşir (Azərbaycan)
II yer – Daria Malaxova (Rusiya Federasiyası)

18-25 yaşlı kişilər arasında:
I yer – Krems Philipp (Almaniya)
II yer - Rasim Rızayev (Azərbaycan)

26-45 yaşlı qadınlar arasında:
I yer - Yekaterina Basheva (Rusiya Federasiyası)
II yer - Alla Kostina (Rusiya Federasiyası)
III yer – Fidan Axundova (Azərbaycan)

26-45 yaşlı kişilər arasında:
I yer - Şamil Jıqlov (Rusiya Federasiyası)
II yer - İltis Daniel (Çex Respublikası)
III yer - Seymur Qurbanov (Azərbaycan)

46 yaşdan yuxarı kişilər arasında:
I yer – Tomoyuki Okada (Yaponiya)
II yer - Azad Kabıyev (Azərbaycan)

İdman.biz