Azərbaycanı təmsil edən fiqurlu konkisürən Aleksandr Plyuşenko Beynəlxalq Konkisürmə İttifaqının (ISU) ən yaxşı gənclər reytinqinə daxil edilib.
İdman.Biz xəbər verir ki, Plyuşenko Türkiyənin Ankara və Gürcüstanın Batumi şəhərlərində keçirilən yarışlarda çıxış edib. O, müvafiq olaraq 13-cü və 10-cu yerləri tutub.
Azərbaycanlı idmançı ISU reytinqində 109-cu pillədə qərarlaşıb. Siyahının ilk pilləsində yaponiyalı Rio Nakata yer alıb.
