Azərbaycan fiqurlu konkisürəni İzmir turnirində iştirak edəcək

Xəbərlər
24 Yanvar 2024 12:31
115
Azərbaycan fiqurlu konkisürəni İzmir turnirində iştirak edəcək

Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva Türkiyədə təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, təmsilçimiz “Ephesus Cup”da mübarizə aparacaq.

İdmançımız gənc qızların yarışına qatılacaq. O, sabah qısa proqramla, ertəsi gün sərbəst çıxış üçün buz üzərinə çıxmalıdır.

Qeyd edək ki, gənc qızların yarışında 28 konkisürən iştirak edəcək.

İdman.biz

Məqalədə: