Polşalı sürətli konkisürmə idmançısı Kamila Selye Olimpiadada baş verən ağır qəzadan sonra ilk dəfə üzünü ictimaiyyətə göstərib.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, qəza zamanı rəqibinin konkisinin bıçağı onun üzünü kəsmişdi. İdmançı bildirib ki, əməliyyatdan sonra gözünün altında ömürlük çapıq qalacaq. Onun sözlərinə görə, göz yuvasına titan tor yerləşdirilib.

Hazırda Selyenin vəziyyəti stabildir və o, bərpa prosesini davam etdirir.
