Fiqurlu konkisürənimiz "Cup of China" Qran-prisində 6-cı olub - FOTO

Xəbərlər
26 Oktyabr 2025 09:56
36
Fiqurlu konkisürənimiz "Cup of China" Qran-prisində 6-cı olub - FOTO

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Çinin Çongqing şəhərində keçirilən "Cup of China" Qran-prisində iştirak edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Litvintsev qısa və sərbəst proqram üzrə yarışlarda 12 idmançı arasında 6-cı yerə sahib olub. O, 222.64 xal toplayıb.

İdman.Biz