Əli Şükürlüdən Dünya Kubokunda 377 kq-lıq göstərici

Xəbərlər
8 Aprel 2024 09:57
Əli Şükürlüdən Dünya Kubokunda 377 kq-lıq göstərici

Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir idmançısı - Əli Şükürlü körpücük üzərinə qalxıb.

O, 102 kq çəki dərəcəsinin C qrupunda yarışıb. Atletimiz toplam 377 kq (167+210) nəticə göstərib. Əlinin yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarış aprelin 11-də başa çatacaq.

İdman.biz