Nazilə İsmayılova Dünya Kubokunu medalsız başa vurub

Xəbərlər
31 Mart 2024 17:59
Nazilə İsmayılova Dünya Kubokunu medalsız başa vurub

Bu gün Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə Dünya Kubokuna start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Nazilə İsmayılova körpücük üzərinə qalxıb.

45 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz 5-ci olub. O, toplam 127 kq (55+72) nəticə göstərib.
Dünya kuboku Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son turnirdir. Yarışda 121 ölkədən 466 (235+231) atlet yüksək yerlər uğrunda mübarizə aparır.

Qeyd edək ki, Dünya kubokuna aprelin 11-də yekun vurulacaq.

İdman.biz