Əli Əsgərov növbəti dəfə Azərbaycan çempionu olub - FOTO

4 Mart 2026 15:45
98
Əli Əsgərov növbəti dəfə Azərbaycan çempionu olub - FOTO

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç press üzrə Azərbaycan çempionatı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirlib ki, yarışa Naxçıvandan qatılan idmançı Əli Əsgərov uğurlu nəticəyə nail olub. O, 93 kiloqram çəki dərəcəsində çıxış edib və 190 kiloqram ağırlığa tab gətirib. Bu göstərici ilə növbəti dəfə Azərbaycan çempionu olan Əli Əsgərova, eyni zamanda, muxtar respublikada pauerliftinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, Əli Əsgərov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, güc idman növləri üzrə (benç press) dünya, Avropa, Avrasiya, Azərbaycan çempionluğu və bir çox ölkə və dünya səviyyəli yarışların qalib və mükafatçısıdır.

İdman.Biz