Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nurlan Rəsulov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və Gənclər arasında Avropa birinciliyində çıxış edib.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Bildirilib ki, 88 kq çəki dərəcəsində yarışan idmançımız təkanla qaldırma hərəkətində 181 kq nəticə göstərərək 4-cü yeri tutub. Lakin birdən qaldırma hərəkətində uğursuz çıxış edən Nurlan Rəsulov ümumi nəticədə mükafatçılar sırasına düşə bilməyib.
