Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Azərbaycan Atletika Federasiyasının rəhbərliyi World Athletics-də - FOTO - İdman və Biz

Azərbaycan Atletika Federasiyasının rəhbərliyi World Athletics-də - FOTO

Xəbərlər
11 Sentyabr 2025 20:51
219
Azərbaycan Atletika Federasiyasının rəhbərliyi World Athletics-də - FOTO

Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə və mütəxəssis Brandon İsakov sentyabrın 11-12-də Yaponiyanın paytaxtı Tokioda keçirilən World Athletics Konqresi və Konvensiyasında iştirak ediblər.

İdman.biz bildirir ki, Konqresdə təşkilatın illik hesabatı təqdim edilib, nizamnaməyə dəyişikliklər, eləcə də kontinental assosiasiyaların hesabatları müzakirə edilib. Bundan əlavə, atletikanın 2022-2030-cu illər üçün inkişaf planına da baxılıb.

Konvensiyada idmanda süni intellektin rolu, xüsusilə istedadların üzə çıxarılması və təlimi, yeni World Athletics Ultimate Çempionatının (WAUC) turnirinin təqdimatı, rəqəmsal idmanda və virtual iştirakda yeniliklər, həmçinin atletikanın sosial təsiri və əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.

Qeyd edək ki, konqresdən sonra sentyabrın 13-dən 21-dək atletika üzrə dünya çempionatı keçiriləcək.

İdman.biz