Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
İdman.biz xəbər verir ki, günün yeganə görüşündə “Murov Az Terminal” və “Xarı Bülbül Laçın” komandaları üz-üzə gəlib.
Maraqlı mübarizə şəraitində keçən qarşılaşmanın qalibi 5 setin nəticəsində bəlli olub. “Murov Az Terminal” 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq, böyük əzimkarlıq nümayiş etdirib. Son iki setdə yaxşı oynayan komanda mövsümdə ikinci qələbəsini qazanıb. İlk görüşdə MOİK-ə 3:0 qalib gələn “Xarı Bülbül Laçın” bu dəfə 1 xalla kifayətlənib.
Yüksək Liqa
1 dekabr
15:00. “Murov AZ Terminal – “Xarı Bülbül Laçın” - 3:2 (25:19, 18:25, 23:25, 25:21, 16:14)
Bakı. Voleybol Mərkəzi
Azərreyl |
3 |
3 |
0 |
9-2 |
273-233 |
8 |
Murov AZ Terminal |
3 |
2 |
1 |
6-6 |
283-276 |
5 |
Xarı Bülbül Laçın |
2 |
1 |
1 |
5-3 |
183-174 |
4 |
Neftçi |
3 |
1 |
2 |
6-6 |
279-258 |
4 |
Xarı Bülbül Şuşa |
0 |
0 |
0 |
0-0 |
0-0 |
0 |
MOİK |
3 |
0 |
3 |
0-9 |
152-229 |
0 |
İdman.biz