Yığmamızın kapitanının səhhətində problem yaranıb, Hava Limanından birbaşa xəstəxanaya aparılıb

Xəbərlər
1 Dekabr 2023 14:33
865
Yığmamızın kapitanının səhhətində problem yaranıb, Hava Limanından birbaşa xəstəxanaya aparılıb

“Xarı Bülbül Şuşa” voleybol klubu Yunanıstanda xoşagəlməz hadisə ilə üzləşib.

Klubdan İdman.bizə verilən xəbərə görə, “Panatiniakos”la matç üçün səfərə yollanan komandanın oyunçusu Tural Həsənlinin səhhətində ciddi problem yaranıb.

Azərbaycan milli komandasının kapitanı sağlamlığı ilə bağlı keçirdiyi narahatlıqdan sonra çox kritik vəziyyətdə Bakıya çatdırılıb və birbaşa Hava Limanından xəstəxanaya aparılıb. O, burada ağır əməliyyat keçirib.

Daxili qanaxma və bağırsaq partlaması əməliyyatı sonrası Turalın vəziyyəti nisbətən qənaətbəxş sayılır.

Qeyd edək ki, “Xarı Bülbül Şuşa” “Panatiniakos”a Çağırış kubokunda məğlub olaraq, avrokubokla vidalaşıb.

İdman.biz