Lider “Neftçi”yə tay-brekdə qalib gəlib

Xəbərlər
29 Noyabr 2023 21:45
265
Lider “Neftçi”yə tay-brekdə qalib gəlib

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunu keçirilib.

İdman.biz xəbər verir ki, “Neftçi” “Azərreyl” oyunu maraqlı və gərgin mübarizə şəraitində keçib.

Məğlubiyyətsiz irəliləyən “dəmiryolçular” seriyanı davam etdiriblər. "Azərreyl" 3:2 hesabı qələbə qazanıb. “Neftçi” iki dəfə geri düşsə də, hesabı bərabərləşdirə bilib. Amma 5-ci setdə rəqib komanda daha güclü olub.

Bu qələbədən sonra "Azərreyl" vahid liderliyini davam etdirir. "Neftçi" 4 xalla ikincidir.

Yüksək Liqa

29 noyabr
18:00. “Neftçi” – “Azərreyl” - 2:3 (31:33, 29:27, 16:25, 25:17, 12:15)

Bakı. Voleybol Mərkəzi

Azərreyl

3

3

0

9-2

273-233

8

Neftçi

3

1

2

6-6

279-258

4

Murov AZ Terminal

2

1

1

3-4

176-172

3

Xarı Bülbül Laçın

1

1

0

3-0

79-67

3

Xarı Bülbül Şuşa

0

0

0

0-0

0-0

0

MOİK

3

0

3

0-9

152-229

0

İdman.biz